Quba sakini dərdinə çarə tapmır...
Tarix: 5-05-2015, 11:16 | Çap et
Quba sakini dərdinə çarə tapmır...
Quba sakini Vertikal.az-a müraciət edib.

Şəhərin Ağamalı oğlu küçəsi ev № 17-də yaşayan Məlikov Elmar məktubunda yazıb: “Mən 4 aydır müraciət etmədiyim ünvan qalmayıb. Azərbaycan daxilində yazılı və şifahi bütün instansiyalardan keçmişəm. Təəssüflər olsun ki, heç bir nəticəsi olmayıb. Quba Rayon Polis Şöbəsinin müstəntiqi İlkin Kərimov mənim haqlı şikayətlərimi gördüyündən, cinayət işini obyektiv aparmaq əvəzinə, tez-tələsik yekunlaşdırıb məhkəməyə göndərib. Bunlar üçün bir insan həyatı milçək kimidir. Fikirləşirlər ki, türmə islah yeri deyil. 21 yaşında cavan bir gənci istəməyərəkdən törədilən bir hadisəyə görə 10 (on) il türməyə göndərmək ən azından ədalətsizlikdir. Bu minvalla cəmiyyətdə yeni cavan cinayətkarlar yetişdirirlər. Quba Rayon Polis Şöbəsinin müstəntiqi İlkin Kərimov 50-60 adamın gözü qarşısında olmuş bir hadisəni obyektiv apara bilməyib. Onun bu işi aparmaq üçün ya təcrübəsi çatmır, ya da bilmədiyim başqa bir marağı var”.

Məktub müəllifi vertikal.az-a yazıb: “Quba rayon sakini, 1993-cü il təvəllüdlü bacım oğlu Şıxəliyev Fuad Rauf oğlu, həmyerlisi, qonşusu, qohumu, dostu Ağayev Fəridlə sözdən davaya, sonda təsadüfən bıçaqlanmaya qədər olan cinayət işi obyektivlikdən uzaq və qərəzli aparılıb. Müstəntiq İlkin Kərimovun tərtib etdiyi 140560083 № li ittiham aktı demək olar ki, başdan ayağa qədər ağ yalanlardan ibarətdir. Saxta şahidlər və yalançı ifadələr. İttiham aktında elə ağ yalanlar yazıblar ki, bir az savadı olan şəxs oxusa, onun ağ yalan olduğunu dərhal anlayar. Təqsirləndirilən Fuad Şıxəliyevin birinci dəfə məsuliyyətə cəlb olunması, təcrübəsizliyi və savadsızlığı müstəntiqlərə cinayət işini şişirtməyə imkan verib. Ona aldadıcı suallar verərək, istədikləri ifadəni alıblar”.

Şikayətçi prezidentdən kömək istəyib: “İstintaq qurtardıqdan sonra, bacım oğlunun vəkilinə ittiham aktının surətini vermədilər. Narahat idilər ki, bu yalançı sənəd əlimizə keçsə onların saxtakarlıqları ifşa olunacaq. 22 (iyirmi iki) gündən sonra çox zülmlə ittiham aktını aldıq. Soruşsanız ki, cinayət işini şişirtməyə müstəntiqlərin və ya prokurorluğun nə marağı var? Cavabı çox sadədir. Vətəndaş həbs olunan kimi ona həmin cinayət maddəsinin ən ağır tərəfini şamil edirlər ki, sonrasına işin sahibindən rüşvət alıb yüngülləşdirməyə yer qalsın. Təqsirləndirilən Şıxəliyev Fuada törətdiyi əmələ görə çox ağır ittiham irəli sürüblər. Bu hadisə özünümüdafiə olduğu halda ona çox ağır, qəsdən sağlamlığa ağır ziyan kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediblər. 5-6 adam onu döydüyü halda, sonda o özünü müdafiə üçün cibindəki kiçik cib bıçağını çıxarıb və anlaqsız halda bilmədən bıçaq bir nəfərə bir dəfə 1 sm 2 mm təsadüf edib. Quba Rayon Mərkəzi xəstəxanasının həkim tibb ekspertizasının rəyinə görə, təqsirləndirilən Şıxəliyev Fuad Rauf oğlunda çoxsaylı xəsarət izləri qeydə alınıb. Mən demirəm bacım oğlu günahsızdır, bu hadisədə onun heç bir cinayəti yoxdur. İstəyirəm ki, bu hadisədə onun nə qədər qanunsuz əməli varsa o qədər məsuliyyətə cəlb olunsun. Daha bu ağırlıqda yükləmək yox”.
Vertikal.az olaraq, qarşı tərəfi də dinləməyə və mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net