Səməd Seyidov AŞPA-nı sərt tənqid edib
Tarix: 21-06-2021, 16:43 | Çap et
Səməd Seyidov AŞPA-nı sərt tənqid edib

“Avropa Şurasının fundamental hüquqlarından olan söz azadlığından birtərəfli məlumatların yayılması üçün istifadə edirlər”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yay sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, büronun fəaliyyətinə həsr olunmuş hesabatda AŞPA-nın sonuncu sessiyasından etibarən baş verən ən əlamətdar hadisələr yer almalıdır: “Bununla belə, iyunun 12-də Azərbaycanla Ermənistan arasında baş verən razılaşma haqqında burada heç bir məlumat verilmir. Bu razılaşma nəticəsində Azərbaycanın Ağdam rayonundakı mina sahələrinin xəritəsi Ermənistan tərəfindən Azərbaycana təqdim edilib və bunun əvəzində bir sıra erməni əsir azad edilib. Lakin bunun əksinə olaraq, əsirlərə qarşı humanitar hüquqa zidd şəkildə rəftar olunması haqqında yoxlanılmamış, yalan məlumatlar verilir. Yəni birtərəfli məlumatlara rast gəlirik. Fundamental hüquqlarımızdan olan söz azadlığından birtərəfli və yoxlanılmamış məlumatların yayılması üçün istifadə edilməməlidir. Məsələlər tam şəkildə öyrənilməlidir. İki ölkə arasında barışığın yaranmasına çalışılmalıdır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net