“Dəmir Yumruq”dan çıxan nəticə: “Ermənilər müharibə istəmir”
Tarix: 21-06-2021, 16:01 | Çap et
“Dəmir Yumruq”dan çıxan nəticə: “Ermənilər müharibə istəmir”

Dünən Ermənistanda parlament seçkiləri baş tutub. Bu ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 faizini toplamaqla qalib gəlib. Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 faiz səs toplayıb. Ermənistandakı parlament seçkilərinin nəticəsi göstərdi ki, Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti nəticəsində düşmən ölkə regionun siyasi və iqtisadi həyatından kənarda qalıb.

Ölkənin iqtisadiyyatı çöküb, əhalinin sosial durumu ağırlaşıb, İrəvan xarici yardımdan asılı vəziyyətə düşüb. Əks halda xalq kapitulyasiya sənədini imzalayan Paşinyanı yox, şirin vədlər verən Köçəryan-Sarkisyan cütlüyünü hakimiyyətə gətirərdi.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə rəsmi İrəvanın bundan sonrakı xarici siyasəti barədə “Sherg.az”a danışdı:

“Nəticələr açıq göstərdi ki, yerli xalq müharibə istəmir. Elə buna görə də hərbi cinayətkarları hakimiyyətə gətirmədilər. Ermənistan normal dövlətə çevrilmək üçün ərazi iddialarından əl çəkməli, kommunikasiya xəttlərinin açılması məsələsinə müsbət yanaşmalıdır. Azərbaycan və Türkiyə prezidentləri də dəfələrlə deyiblər ki, Ermənistanla əməkdaşlığa hazırdırlar. Bu əməkdaşlıq, yeni reallıqlarla barışmaq bütün regionun maraqlarına cavab verir. Ona görə də hakimiyyət revanşistlərin fəallaşmasının qarşısını almalı, qeyri-siyasi yollarla mübarizəyə şərait yaratmamalıdır. Belədə gələcəkdə üçtərəfli razılaşmanın bütün müddəalarının yerinə yetirilməsi və əməkdaşlıq üçün əlvərişli şərait formalaşacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net