Türkiyənin Təhlükəsizlik Şurası Azərbaycandakı türkiyəli hərbçilərin fəaliyyətini müzakirə edəcək
Sabah-iyunun 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, bu il üçüncü dəfə baş tutacaq toplantının gündəliyi açıqlanıb.
İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pençe” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, Türkiyə ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyəti, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunacaq.