Azad olunan ərazilərdə yeni regional apellyasiya və ixtisaslaşmış məhkəmələr yaradılacaq
Tarix: 28-04-2021, 10:18 | Çap et
Azad olunan ərazilərdə yeni regional apellyasiya və ixtisaslaşmış məhkəmələr yaradılacaq

"Torpaqlarımız işğaldan azad olunub və məhkəmələr bütün infrastruktur bərpa olunduqdan, soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra yenidən öz ərazilərində fəaliyyət göstərəcək".

"Report"un xəbərinə görə, bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, gələcəkdə həmin bölgədə aidiyyatı yeni regional apellyasiya və ixtisaslaşmış - kommersiya, inzibati, ağır cinayətlər, hərbi məhkəmələrin yaradılması nəzərdə tutulur:

"Onu da bildirim ki, hazırda işğal nəticəsində ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi və onların fəaliyyətinin bərpası ilə bağlı zəruri tədbirlər görülür".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net