“Mənə bir şey çatmır. Bu Azərbaycan dövlətinin, rəhbərliyinin bu Ramiz Mehdiyevə aşiq olmasının sirrini tapa bilmirəm. "Məşədi İbad" filmində deyilmişkən, adam cavandı -yox, adam alimdi – yox, adamın bir yaraşığı, şəxsiyyəti var – yox... Bunun nəyinə aşiq olub gətirib Milli(!) Elmlər Akademiyası kimi xalqın dövlətin bu günü, gələcəyi üçün strateji bir quruma rəhbər qoyublar, başım çıxmır...”
Bu sözləri Moderator.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev dilə gətirib.
“Artıq Akademiya batıb e, məhv olub... Sizin saytda Maksim Musayev də dedi ki, bu adam müəyyən məqsədlər üçün yaşını da bir neçə il azaltdırıb. Hafiz Hacıyevin dediyinə görə, bu adam Azərbaycanda yüksək vəzifələrə getmək üçün əsl ad-soyadını da dəyişdirib. Başdan-ayağa bir saxtakar adamı qoyublar Azərbaycan elminin başına. Bu, elm üçün də, Azərbaycan xalqı üçün də, elitası üçün də təhqirdir. Hələ sovet dövrünü demirəm, müstəqillik dövründə 25 ildən çox ən yüksək vəzifələrdən birində oturub millət üçün, xalq üçün çalışanlarlın hamısını məhv elətdirdi. Onun dövründə heç kəs gedib Przidentdən soruşa bilmirdi ki, necə olur, bu satqınlıq, xainlik edənlərin hamısı yüksək pensiya alır, amma istiqlalçı deputatlara pensiya təyin etmirlər. Kimlər Ramiz Mehdiyevə boyun əymirdisə, onun özünə də, ailəsinə də zülm edirdilər. İndi də eyni işləri Elmlər Akademiyasında davam etdirir. Bu terror nə qədər davam edəcək? Bu, birməlı olaraq mənəvi-ideoloji terrorçudur. Heç olmasa, terrorçunu tutub güllələyirlər, hamının canı qurtarır. Amma bu, 25 ildir bu milləti öldürür. Bir adam dinən kimi də deyirlər ki, verəcək məhkəməyə. Cəhənnəmə versin... Çünki onun müvafiq qurumda bir nömrəli adamı var. O, nə deyirsə, “baş üstə” deyib yerinə yetirir. Onun da kim olduğunu bilirəm...
Bir sözlə, mən bir normal düşüncəli, az-çox milli qeyrəti olan adam görməmişəm ki, Ramiz Mehdiyev haqda müsbət fikirlər söyləsin... Bəs bu rəhbərlik nə düşünür? Bunun nəyinə aşiq olub vəzifədə saxlayır, birdəfəlik yola salmırlar?. Belə adamlar vəzifələrdə qalmaqla bu ölkə, bu xalq hara gedir?..”- deyə poitiloq-alim fikirlərini suallarla bitirib.