Doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara da hərbi xidmətdən 3 ay möhlət hüququ verilir.
Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında bununla bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna müvafiq dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Bununla da təhsilini davam etdirmək üçün hərbi çağırışa möhlət veriləcək şəxslərin siyahısı genişləndirilir.
Bu zamana qədər isə əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirinədək hərbi xidmətdən möhlət verilirdi.
Layihə səsə qoyularaq qəbul edilib.