Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayonu üzrə Milli Məclisdə 2 saylı İlk Ərazi Təşkilatı yaradılıb.
Bu barədə parlamentin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumatda bildirilib.
Yanvarın 11-də Milli Məclisdə İlk Ərazi Təşkilatının İdarə Heyətinin videoformatda geniş iclası keçirilib.
İclasda Adil Vəliyev Milli Məclisdə 2 saylı İlk Ərazi Təşkilatı İdarə Heyətinin sədri seçilib.
Həmçinin iclasda sədr müavinləri və İdarə Heyətinin yeni tərkibi də müəyyənləşib.