Spiker: “Prezident tərəfindən Milli Məclisə çox vacib iki yeni qanun layihəsi göndərilib, təxirə salınmadan qəbul edilməlidir”
Tarix: 28-12-2020, 18:10 | Çap et
Spiker: “Prezident tərəfindən Milli Məclisə çox vacib iki yeni qanun layihəsi göndərilib, təxirə salınmadan qəbul edilməlidir”

“Prezident tərəfindən Milli Məclisə iki yeni qanun layihəsi göndərilib. Çox vacib layihələrdir və təxirə salınmadan qəbul edilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Qeyd edək ki, bunlar Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir (birinci oxunuş).




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net