Cavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri “Qarabağ məsələsində bitərəf ola bilmədiniz” deyə tənqid edib
Tarix: 2-12-2020, 20:14 | Çap et
Cavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri “Qarabağ məsələsində bitərəf ola bilmədiniz” deyə tənqid edib

“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.

APA-nın yerli bürosunun xəbərə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin bu gün telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.

Bu barədə Türkiyə diplomatik mənbələrindən “CNN Türk”ə verilən məlumatda qeyd olunub.

Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır: “İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, - deyə bildirilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net