Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məlumatı yalandır - XİN
Tarix: 15-11-2020, 04:37 | Çap et
Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılması məlumatı yalandır - XİN
Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən bildirilib.

"Xatırladırıq ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır", - deyə məlumatda qeyd edilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net