Rəcəb Tayyib Ərdoğan: Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb
Tarix: 9-11-2020, 18:18 | Çap et
Rəcəb Tayyib Ərdoğan: Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb

Bir millət, iki dövlət olduğumuz Azərbaycan torpaqlarının işğalına səssiz qala bilməzdik və qalmadıq. Şuşanın işğaldan azad edilməsi sevincimizi və ümidimizi artırıb. Qarabağdakı işğal bitənə qədər mübarizə bayrağı enməyəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 12-ci səfirlər konfransındakı çıxışında ifadə edib.

Azərbaycanın apardığı mübarizədə haqlı olduğunu, 28 ildir qaçqın həyatı yaşayan soydaşlarımızın öz yurdlarına dönmək hüququna malik olduqlarını bir daha xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə ifadə edib ki, Azərbaycan Kəlbəcər və Laçın başda olmaqla, qalan bütün ərazilərini işğaldan azad edəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net