Valeri Kolyux: Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir
Tarix: 19-10-2020, 18:50 | Çap et
Valeri Kolyux: Azərbaycan ərazi bütövlüyünü təmin etməlidir


Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Çünki bütün dünya ölkələri, beynəlxalq təşkilatlar işğal altındakı torpaqları Azərbaycanın ərazisi kimi tanıyır.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyik Günü münasibətilə keçirilən dəyirmi masada çıxışı zamanı Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeri Kolyux deyib.

Deputat bildirib ki, haqq və ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli beynəlxalq hüquq çərçivəsindən kənara çıxmamalıdır.

“Ukrayna və Azərbaycan üçün öz dövlət sərhədlərinin demarkasiyasını başa çatdırmaq məsələsi son dərəcə vacibdir. Bu prosesin uzunmüddətli olması ölkələrimizin təhlükəsizliyinə müəyyən təhdidlər yaradır. Üstəlik, SSRİ-nin dağılmasından sonra sərhədlərin müəyyənləşdirilməsi problemi dolayısı ilə Donbas və Dağlıq Qarabağdakı münaqişələrdə öz əksini tapıb. Ancaq başa düşmək lazımdır ki, sərhədin bütün hissələrində tam hüquqlu demarkasiya yalnız Ukraynanın və Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra mümkündür. Bu səbəbdən Dağlıq Qarabağdakı münaqişənin həlli Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədinin müəyyənləşdirilməsindən sonra mümkündür”, - deyə Valeri Kolyux əlavə edib.

Deputat hər zaman olduğu kimi, indi də Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu siyasəti davam etdirəcəyini vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net