“Hərdən xarici media reallığa uyğun olmayan sərsəm şeylər yazır”.
APA-nın xəbərinə görə, bunu bu gün Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevi dinləmək hər zaman maraqlıdır: “Nə var, demək lazımdır. Dünən Dmitri Kiselyov Prezident İlham Əliyevdən çox yaxşı müsahibə götürüb. Prezident İlham Əliyev Azərbaycanın niyyətini açıqladı. Çox sevinirəm ki, o müsahibə yayımlandı. Düzdür, bəziləri üçün gülməli olar. Bloggerlər mənim mövqeyimlə əlaqəli olmayan şeylər yazırlar. Bizim əsas məqsədimiz bütün dünyaya Azərbaycan xalqının mövqeyini çatdırmaqdır. Erməni tərəfi bunu dinlərarası münaqişə kimi göstərmək istəyir. Bu gün tədbirdə bir çox konfessiyaların nümayəndələri iştirak edir və bu da dinlərarası münaqişədən söhbət getmədiyini göstərir. Bakıda məbədlər təmir olunur. Gəncədə də kilsə ilə bağlı planımız vardı, orada partlayış oldu. Hansı dinlərarası münaqişədən söhbət gedə bilər? Bakıda erməni kilsəsinin hazırkı vəziyyəti göz önündədir. Siyasi münaqişənin dinlərarası münaqişəyə çevirmək cəhdi var və biz bunun baş verməməsi üçün əlimizdən gələni edəcəyik”.