Mülki təyyarələrlə Ermənistana silah daşınması beynəlxalq mülki aviasiya qaydalarına ziddir - deputat
Tarix: 12-10-2020, 15:11 | Çap et
Mülki təyyarələrlə Ermənistana silah daşınması beynəlxalq mülki aviasiya qaydalarına ziddir - deputat

Məlum Moskva razılaşmasının ardınca Ermənistanın atəşkəsi kobud şəkildə pozması, eyni zamanda cəbhə bölgəsindən kifayət qədər uzaqda yerləşən Gəncə şəhərində dinc əhalini raket atəşinə tutması bir daha göstərdi ki, Ermənistan dövləti beynəlxalq hüququn bütün prinsiplərini ayaqlar altına atır, eyni zamanda 1949-cu il Cenevrə Konvensiyasının norma və prinsiplərinə məhəl qoymur.

Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, bunun ardınca isə müharibənin daha da alovlanmasına xidmət edən növbəti cinayətkar əməllərə imza atır: “Belə ki, KİV-lərdə artıq təkzibedilməz faktlarla göstərilir ki, mülki təyyarələr vasitəsilə Ermənistana silah-sursat daşınır. Bu isə Beynəlxalq Mülki Aviasiya Təşkilatının nizamnaməsinin, eyni zamanda Cenevrə Konvensiyasının tələblərinin pozulmasıdır.

Ermənistana bu şəraitin yaradılması nəticə etibarilə regionda müahirbənin alovlandırılması anlamındadır. Cənab Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalında müsahibəsində qeyd etdi ki, Paşinyan Putinə təşəkkür etməlidir ki, yenə də Rusiya Ermənistanı xilas etdi.

Bu müharibənin gedişi zamanı Azərbaycan Ermənistanın bir milyard dollardan artıq dəyərdə hərbi texnika və sursatını məhv edib. Ermənistanda pul yoxdur ki, bu silahları alsın. Ermənistana bu silahları Rusiya havayı verir, kreditlə versə də bu, kağız üzərində qalır, Ermənistan heç bir ödəniş etmir, yəni bu, işğalçının silahlandırılması deməkdir. Xüsusilə də hərbi yardımın mülki təyyarələr vasitəsilə edilməsi ümumiyyələ qəbuledilməzdir və buna görə məsuliyyət təkcə Ermənistanın üzərinə düşmür, eyni zamanda Ermənistana bu şəraiti yaradan tərəfin üzərinə düşür.

Təəssüf ki, mülki təyyarələrlə Ermənistana daşınan silahlardan Azərbaycanın mülki əhalisi, uşaqlar, qadınlar, qocalar hədəfə alınır”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net