Prezident Rəcəb Tayyib Ərdoğan: Ermənistan çətin və çarəsiz vəziyyətə düşdüyünü təsdiqləyir
Ermənistan aldığı ağır zərbədən sonra Türkiyəni bu döyüşlərin içində göstərməyə cəhd etməklə çətin və çarəsiz vəziyyətə düşdüyünü təsdiqləyir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri Qətərin “The Peninsula” qəzetinə müsahibəsində söyləyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu Ermənistanın işğal etdiyi torpaqlarını hissə-hissə geri alır.