Madagiz kəndinin Suqovuşan adlandırılması məsələsi MM-in sabahkı iclasının gündəliyinə salınıb
Azərbaycan Respublikasının Tərtər rayonunun Madagiz kəndi Suqovuşan adlandırılacaq.
APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
“Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması haqqında” qanun layihəsi parlamentin sabahkı iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndinin Suqovuşan adlandırılması təklif olunur.
Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı nəticəsində Madagiz kəndi erməni işğalçılarından azad edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Madagiz kəndinin Suqovuşan adlandırılmasına qərar verdiyini açıqlayıb.