Hərbi ekspert Ermənistanın “fake” xəbərlərini ifşa etdi
Tarix: 27-09-2020, 15:34 | Çap et
Hərbi ekspert Ermənistanın “fake” xəbərlərini ifşa etdi
“Ermənistan tərəfinin paylaşdığı videokadrların bu gün başlayan hərbi əməliyyatlarla əlaqəsi yoxdur”.

Bunu Ordu.az-ın hərbi eksperti Ədalət Verdiyev deyib.

O qeyd edib ki, burada əks olunan hərbi vasitələrin vurulması həm ərazi baxımından, həm də taktiki baxımdan həqiqəti əks etdirmir.

“Zirehli vasitələrin hücumu və ya əks-hücumu zamanı həmin vasitələrin bölmələrin hücum xətlərinə açılması, düşmənin ön xəttindən bir neçə kilometr aralıda baş baş verir.

Hücum zamanı tankların lüləsinin fərqli istiqamətə yönəlməsi isə ağlabatan addım deyil. Tankın məhv edilməsi kadrları, böyük ehtimalla, başqa zamanda və başqa məkanda lentə alınıb və ya montaj vasitəsilə əldə olunub.

Əvvəllər də Ermənistan tərəfinin bu tip metodlardan istifadəsi faktları ilə qarşılaşmışıq. Ermənistan bu əməliyyatların əhəmiyyətini azaltmaq, Azərbaycan Ordusunun əldə etdiyi ərazilər və onlarla erməni hərbçisinin itirilməsi fonunda işğalçı orduya mənəvi psixoloji dəstək vermək məqsədi daşıyır.

Heç bir halda ərazilərin yarılmasından öncə zirehli texnikalar açıq ərazidə düşmənin atəş zonasında yerləşdirə bilməz.

Hesab edirəm ki, günün sonuna qədər azad ediləcək ərazilər haqqında yayılan məlumatlar erməni tərəfinin bu “fake” informasiyalarının təsir radiusunu tam məhdudlaşdıracaq”, - deyə ekspert bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net