Deputat TƏBİB-dən narazılıq etdi
Tarix: 9-09-2020, 12:15 | Çap et
Deputat TƏBİB-dən narazılıq etdi

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev Tibbi Ərazi Bölmələri İdarətmə Birliyindən (TƏBİB) narazılıq edib.

Oxu.Az-ın müxbiri xəbər verir ki, A.Nağıyev TƏBİB yarandıqdan sonra Azərbaycanda diz implantı sahəsində problemlər yarandığını deyib.


“TƏBİB yaranana qədər hər il 600 insan pulsuz diz implantı ilə təmin edilirdi. TƏBİB yarandıqdan sonra isə belə əməliyyatlar aparılmayıb”, - deyə A.Nağıyev əlavə edib.

O təklif edib ki, TƏBİB rəhbərliyi parlamentə dəvət olunmalı və müzakirələr keçirilməlidir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net