Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib
Tarix: 11-08-2020, 12:26 | Çap et
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

"Biz əməkdaşlığımız mərkəzində olan bütün məsələləri müzakirə etdik. Ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyini ifadə etdik".

"Report" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili işlər naziri Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşdə bütün münaqişələrin BMT-nin prinsipləri və sülh yolu ilə həllinin vacibliyi vurğulanıb:

"Düşünürəm ki, bu, münaqişə ilə üzləşən ölkələrin yaşayan gələcəyi üçün vacibdir və həmçinin hər iki ölkənin marağındadır".







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net