Azərbaycanda nazirin müşaviri vəzifəsindən azad edildi
Tarix: 23-07-2020, 05:47 | Çap et
Azərbaycanda nazirin müşaviri vəzifəsindən azad edildi

Təhsil nazirinin müşaviri Elnur Məmmədov vəzifəsindən azad olunub.

APA-nın məlumatına görə, bu barədə E.Məmmədov özü məlumat verib.

O bildirib ki, digər dövlət qurumunda aldığı təyinatla bağlı Təhsil Nazirliyində vəzifəsindən azad olunub:

“Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımızın amalı hər sahədə doğma Vətənimizə xidmət etməkdir”, - deyə o bildirib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net