Ceyhun Bayramovla ECO-nun Baş katibi arasında telefon danışığı olub
Tarix: 22-07-2020, 13:09 | Çap et
Ceyhun Bayramovla ECO-nun Baş katibi arasında telefon danışığı olub
21 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramovun İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Hadi Süleymanpurla telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, Baş katibin səmimi təbriklərini qəbul edən nazir C. Bayramov Azərbaycanın ECO-da fəal iştirakına verilən dəstəyə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Tərəflər İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın inkişafı imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ermənistan tərəfindən iki dövlətin beynəlxalq sərhədində törədilən hərbi təxribat və yeni təcavüz cəhdi, eləcə də hazırda bölgədəki vəziyyət barədə Baş katibi məlumatlandırıb.

Bölgədə yaşanan gərginliyin kökündə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz siyasətinin və 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunda hərbi işğalın davam etməsinin durduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ermənistanın son hərbi təxribatı ilə bağlı Baş katibin məktubuna istinad edərək, burada münaqişənin tezliklə həllinə çağırışı və bu xüsusda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi bir daha ifadə etdiyinə görə H. Süleymanpura təşəkkürünü ifadə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net