Oqtay Əsədov gənclərə müraciət edib
Tarix: 16-07-2020, 13:01 | Çap et
Oqtay Əsədov gənclərə müraciət edib

“Bugünlərdə paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətdə vətənpərvərlik ruhunun yüksəkliyinin göstəricisidir”.

Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün "facebook" səhifəsində bildirib

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhu həmişə yüksək olub, xalq Orduya hər zaman dəstək olub: “Bütün bunlar kimliyindən asılı olmayaraq, hər kəsi qürurlandırır. Hər birimiz əminik ki, Prezidentin rəhbərliyi altında ordumuz düşmənin provokasiyalarına qarşı lazımi addımları atır və bundan sonra da atacaq.Ancaq təəssüf hissi ilə bildirmək istəyirəm ki, kimlərsə həmin aksiyadan sui-istifadə etmək istəyib. Belə ki, bəziləri məqsədli şəkildə prosesə siyasi məzmun verməyə, pozuculuq fəaliyyətinə cəhd göstərib. Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq Parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və Parlamentin mülkiyyətinə, inventarına (dövlət əmlakına) ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb. Şəhid oğullarımızın hələ torpağa tapşırılmadığı bir vaxtda belə təxribatçı addımın atılmasını pisləyirəm. Hesab edirəm ki, təxribat törədənlər xalq və qanun qarşısında cavab verəcək!

Deputat hər kəsi, xüsusilə gəncləri bu cür təxribatçı addımlara uymamağa, dövlətimizin yanında olmağa, Ali Baş Komandanın əmrini gözləməyə çağırıb: “İnanıram ki, hər birimiz sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər edəcək, Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək düşmənə qarşı milli birlik, həmrəylik nümayiş etdirəcəyik”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net