Prezident: "Azərbaycan pandemiya ilə mübarizə məqsədilə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı ayırıb"
Tarix: 8-07-2020, 09:54 | Çap et
Prezident: "Azərbaycan pandemiya ilə mübarizə məqsədilə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı ayırıb"
Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırıb.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığında deyib.

Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net