Siyavuş Novruzov: “Siyasi partiyanın fəaliyyəti təkcə bəyanat yazmaqdan ibarət deyil”
Azərbaycanda bəzi yer adlarının dəyişdirilməsi gözlənilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Milli Məclis” jurnalına açıqlamasında deyib.
O bildirib ki, regionların, eləcə də, yerli idarəetmə orqanlarının inkişafına təsir edəcək bəzi qanunlarda dəyişikliklər Milli Məclisin Regional məsələlər komitəsinin iş planına daxildir
Deputatın sözlərinə görə, bir sıra təkliflər də müvafiq razılaşdırmalardan keçirilir. Komitə sədri siyasi sistemdə dəyişikliklərlə əlaqədar təkliflərinin olduğunu da bildirib.
“Ümumiyyətlə, Avropa İttifaqı ölkələrinin siyasi partiyalarla bağlı qanunlarında da göstərilib ki, partiya bir neçə il fəaliyyət göstərmirsə, avtomatik olaraq qeydiyyatı ləğv edilir. Təbii ki, siyasi partiyanın fəaliyyəti təkcə bəyanat yazmaqdan ibarət deyil”, - deyə S.Novruzov əlavə edib.
Millət vəkili hesab edir ki, siyasi partiyaların tam şəkildə fəaliyyət istiqamətlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməlidir:
“Bu, ölkədə siyasi sistemin daha da möhkəmlənməsinə xidmət edəcək addım olacaq”.