Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov rayon rəhbərləri arasında yeni həbslərin anonsunu verib.
S.Novruzov yerli mediaya müsahibəsində bildirib ki, hazırda rayonların icra hakimiyyətlərinin fəaliyyətinin yoxlanılması davam edir.
"Heç kim arxayınlaşmamalıdır. Bu proses çox çəkəcək. Məmurlar rüşvət almamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər",- deyə YAP rəsmisi vurğulayıb.
Xatırladaq ki, bu, Siyavuş Novruzovun ilk belə açıqlaması deyil. O əvvəllər bildirmişdi ki, mərkəzi icra hakimiyyətinin ən yüksək pillələrində məqsədyönlü şəkildə Prezident İlham Əliyevin siyasətinə qarşı çıxan insanlar var. Üstəlik, onların arasında bəzi nazirlər və dövlət komitələrinin rəhbərləri də yer alırlar./Virtualaz.org