“Milli Məclisdə ildə 2 dəfə müvafiq nazirliklərin nümyəndələrinin iştirakı ilə görüşlər keçirilməlidir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, görüşdə ATƏT-in və digər beynəlxalq təşkilatların fəaliyyəti barədə müzakirələr aparılmalıdır.
Deputat həmçinin əlavə edib ki, Dağlıq Qarabağ məsələsi hər bir azərbaycanlının məsələsidir:
“Bu məsələdə iqtidar və ya müxalifət ayrılığı yoxdur”.