"Milli Şura"da “yarpaq tökümü": “Parçalanma tədricən sürətlənir
Tarix: 17-05-2020, 13:45 | Çap et
"Milli Şura"da “yarpaq tökümü": “Parçalanma tədricən sürətlənir

"Eldəniz Quliyev Milli Şuradan istefa verəndən sonra da, açıq şəkildə bəyan etdi ki, onlar xarici qüvvələrin təsirindədir"


""Milli Şura" yarananda Azərbaycan ictimaiyyətinə bəlli idi ki, bu qurum kənar qüvvələrin və ya xarici dövlətin təşəbbüsü ilə yaradılıb".
Bu sözləri "Sherg.az"a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Partiya rəsmisi bəyan edib ki, "Milli Şura" parçalanmağa məhkumdur və bu prosesin tədricən sürətlənir:

"Şura Azərbaycan dövlətinə təzyiq vasitəsi olaraq ortaya atılmış bir proyekt idi. O dönəmdə Milli Şuranın üzdə olan şəxsləri açıq şəkildə bildirdilər ki, bu, Rusiya tərəfindən yaradılmış bir qurumdur. "Milli Şura"nın xarici proyekt olduğunu hər kəs bilir. Qurumda təmsil olunan bəzi şəxslər bir daha cəmiyyətə öz biabırçı əməllərini nümayiş etdirdilər. Onlar özlərinə “ziyalı”, “professor” desələr də, davranışları mədəniyyət və etikadan kənardır. Açıq şəkildə LGBT icmasının üzvlərinin məhv edilməsinə çağırışlar etdilər. Bu nə deməkdir? Kimliyindən asılı olmayaraq, insanları məhv etməyə çağırış faşist təfəkkürüdür. Bütün bunlar onların öz şəxsi maraqları üçün siyasi fəaliyyətlərlə məşğul olduqlarını, öz mənfəətləri üçün istənilən yola əl ata biləcəklərini göstətdi. Ən əsası da, siyasətdə təsadüfi adamlar olduqlarını nümayiş etdirdi. Eldəniz Quliyev Milli Şuradan istefa verəndən sonra da, açıq şəkildə bəyan etdi ki, onlar xarici qüvvələrin təsirindədir. Amerikanın hansısa bir konqresmeninin nəzarətində olan bir agentinin tapşırıqlarını icra edirlər. Biz dəfələrlə Millli Şuranın xaricdən idarə olunmasını demişdik”.

N.Orduxanlı vurğulayıb ki, Eldəniz Quliyevin istefası şurada baş verənlərə bir etiraz forması idi:

"Eldəniz Quliyevlə yanaşı, digərləri də açıq şəkildə bəyan etdilər ki, onlar xarici qüvvələrin tapşırıqlarını yerinə yetirənlərin əleyhinədir. Habelə, bu istefalarla LGBT məsələsinin müzakirəsinə etiraz bildirdilər. Şurada bir qismi Qərbə, bir qismi İrana, bir qismi də Rusiyaya meylli olan qüvvələr arasındakı narazılıq belə bir vəziyyət yaratdı. Başqa sözlə, əsl simalarını, hansı xarici siyasi dairələrin əllərində alət olduqlarını, kimlərə xidmət etdiklərini nümayiş etdirdilər. Biz şurada bu prosesin başlamasının şahidi oluruq".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net