Məhəmməd Ərsoy seçkilərə bu şüarla gedir: "Biz MİLLƏT deyib yola çıxdıq..."
Tarix: 12-12-2019, 13:32 |
Çap et
Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoy (Zamanov) qarşıdan gələn Milli Məclis seçkilərində namizədliyini irəli sürüb.
Bu barədə Gundeminfo.az-a açıqlama verən Məhəmməd Ərsoy bildirib ki, artıq sənədlərini 47 saylı Mingəçevir seçki dairəsinə təqdim edib.
Xatırladaq ki, Məhəmməd Ərsoy 2005-ci ildə də eyni dairədən namizəd olmuşdu və həmin il seçicilərin əksəriyyətinin səsini toplasa da, qələbəsini rəsmiləşdirə blməmişdi.