DİA.AZ: - Zərdab rayon sakinləri adından DİA.AZ-a şikayət məktubu daxil olub. Narazı vətəndaşlar yazır:
"Bu gün hər bir vicdanlı zərdablının arzusu Lütvəli Babayevin icra başçısı vəzifəsindən çıxarılmasıdır.Bəlkə də Azərbaycanın heç bir rayonunda belə bir idarəetmə yoxdur.Uzun illərdi zərdablılar Lütvəli Babayevin nə vaxt işdən çıxarılacağını səbirsizliklə gözləyirlər. Lütvəli Babayev düz 12 ildir ki, Zərdabın icra başçısı vəzifəsindədir. On iki il əvvəlki vəziyyəti ilə indiki vəziyyəti müqayisə edən də rayonun hansı şəkildə bərbad vəziyyətə düşdüyünü aydın görmək olur. Bütün idarə, müəssisə işçilərinin əmək haqqısından hər ay pul tutulub Lütvəli Babayevə verilir.Hər bir məktəbdən ayda 1000 manat pul yığılır.Hər bir müəllim maaşından direktora verir ki, Lütvəli Babayevə verilsin. “DOST” MMC-nin xətti ilə rayon sakinlərinin adı işə yazdırılıb maaş kartlarının çox hissəsini Lütvəli Babayev cibinə qoyub. Şəhərin mərkəzini zibilliklər basıb, kanalizasiya sistemi tam bərbad, mərkəzi küçə yolları istifadəyə yararsız halda, bazarda, küçələrdə antisanitariya hökm sürür.Ümumiyyətlə Lütvəli Babayev digər rayonların icra başçıları ilə müqayisə edilməz dərəcədə fərqli mənfi xarakterə malikdir.Abadlıq-quruculuq işlərinə görə Zərdab rayonu digər rayonlarla müqayisə olunası deyil.Camaat qan ağlayır... Lütvəli Babayevin kənd yolu ilə gələn zaman özgəsinin hind quşlarını oğurlaması, yığıncaqda Qarabağa aid məlum savadsız sərsəm çıxışını (youtubda var), mərhum qadının qəbrinə baxıb şəkildən həzz almasını, aprel şəhidinin ailəsinə verilmiş 500 manat pulu onların əlindən almasını, vətəndaşların mülkiyyətini başqa imkanlı şəxslərə saxta sənədlərlə satmasını, qəbul zamanı vətəndaşlarla kobud rəftar edib onları ələ salmasını ölkə mətbuatında hamı oxuyub. Diqqət edin, bu adam necə özünə arxayındır ki, yığıncaqların birində deyib ki, razılıq alınıb yaxın gönlərdə qonşu Ucar rayonuna icra başçısı vəzifəsinə təyin olunacam, ancaq buna baxmayaarq Zərdabı da mən idarə edəcəm. Biz zərdablılar inanırıq ki, prezident cənab İlham Əliyev yaranmış bu xoşagəlməz vəziyyəti özü şəxsən araşdırıb insanlara zülm verən, talançılıqla məşğul olan Lütvəli Babayevin barəsidnə ciddi tədbirlər görəcək".