Baş bankirin kürəkəninin İngiltərədəki şirkətində daha bir milyon funt sterlinq artım olub
Tarix: 12-04-2019, 12:18 | Çap et
Baş bankirin kürəkəninin İngiltərədəki şirkətində daha bir milyon funt sterlinq artım olub
Baş bankir, Mərkəzi Bankın sədri Elman Rüstəmovun Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu olan kürəkəni İngiltərədəki şirkətinin aktivlərində daha bir milyon funt sterlinq artım olub.

AzToday.az xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin 20 fevral 2019-cu ildə reyestrə daxil edilən 2018-ci illə bağlı illik maliyyə hesabatına görə, əvvəlki illə müqayisədə aktivlərin həcmi il ərzində daha bir milyon funt sterlinq artaraq 5 miyon 498 min 955 funt sterlinqə (və ya 7 milyon 200 min dollar) çatıb.

Baş bankirin kürəkəninin İngiltərədəki şirkətində daha bir milyon funt sterlinq artım olub

Xatırladım ki, əvvəlki ilə aid maliyyə hesabatında bu rəqəm 4 miyon 368 min 743 funt sterlinq təşki edirdi. Ümumiyyətlə son 4 ildə baş bankirin kürəkəninin Londondakı şirkətinin aktivlərində 4 dəfə artım olub.

Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).

Baş bankirin kürəkəninin İngiltərədəki şirkətində daha bir milyon funt sterlinq artım olub





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net