Məsud Əhmədovun ŞÜBHƏLİ AZADLIĞI...
Tarix: 18-02-2019, 08:29 | Çap et
Məsud Əhmədovun ŞÜBHƏLİ AZADLIĞI...
İş yenidən məhkəmə baxışındadır...

Qeyd edək ki, hələ keçən ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsi olduqca səs-küylü və narahatçılıq yaradan bir qərarı ilə diqqətə gəldi. Söhbət dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun cinayət işi üzrə keçirilən məhkəmə işində hakim Eldar İsmayılovun verdiyi qərardan gedir. Xatırladaq ki, prokuror şirkət rəhbəri olan və 3 nəfərə qarşı 1 milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq etməkdə ittiham edilən Məsud Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihamda göstərilirdi ki, Məsud Əhmədov Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Məhkəmə dövründə Məsud Əhmədov sadəcə Cahangir Alışovla barışıq əldə edə bilməmişdi. Sonradan ona qarşı bu ittiham əsassız olduğu barədə qənaətə gəlinib və ona bəraət verilib.
Amma bütün bunlara baxmayaraq Məsud Əhmədov şübhəli şəkildə bəraət alır ki, sözügedən işlə bağlı DİA.AZ-a maraqlı informasiyalar daxil olub.
İlk başdan xatırladaq ki, artıq Məsud Əhmədovun bəraət hökmündən prokuror Mübariz Misirli və zərəçəkmişlər “Yeni Yasamal” MTK, Cəfərov Faiq Yamən oğlu, Cəfərzadə Cəfər Xanəhməd oğlu tərəfindən apellyasiya protesti verilib. Hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun icraatında olan işin məhkəmə baxışı 4 mart tarixinə təyin edilib.
Qeyd edək ki, Məsud Əhmədov “Narınc” Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmovanın atasıdır. Bu barədə DİA.AZ-a verilən xəbərdə deyilir.
Məlumata görə, Məsud Əhmədov 2007-09-cu illərdə “Yeni Yasamal” MTK-dan əsaslı surətdə talan etdiyi, dələduzluqla mənimsədiyi sərmayə nəticəsində bugünkü gündə varisi olaraq pillələri cüt-cüt addımlayan qızı Narınc Rüstəmova ilə bağlı redaksiyamıza danışan mənbə bildirir: “Narınc Rüstəmova psixologiya mərkəzləri hesabına özünə az qala sarsılmaz imperiya yaradaraq qala divarlarını 9-cu mkr, “Xalqlar Dostluğu”, “Gənclik” və Gəncə filialları ilə hasarlayıb”.
“Bəs “Yeni Yasamal” MTK işində zərəçəkən sakinlərin taleyi Narınc Rüstəmova üçün nə qədər maraqlıdır və ümumiyyətlə, onun belə bir qayğısı varmı” deyə sual edən mənbə bildirir ki, atasının şübhəli şəkildə azadlığa buraxılmasında onun müstəsna iştirakı var ki, bu da narazı qalan Azərbaycan vətəndaşlarının təkrarən məhkəmə qapılarında qalmalarına nədən olub.
Əlavə bilgilərimiz olacaq. Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net