“Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərinin işi araşdırılır... - HƏBS OLUNA BİLƏR
Tarix: 21-11-2018, 08:26 |
Çap et
Keçən günlərdə DİA.AZ olaraq 2017-ci ilin fevral ayında baş verən bir intihar hadisəsinin şok təfərrüatları ilə bağlı ilginc faktları açıqladıq. Həmin məlumatlardan da aydın olurdu ki, “Biləcəri Təmir-Quraşdırma” QTSC adlı bir qurumun rəhbəri Nazim Mirzalı oğlu Tahirov sırf dolandırıcılıq edərək mərhum sahibkar - 16 saylı İİT Trestinin rəhbəri olmuş Nəsirov Yusif Təvəkkül oğlunu intihara qədər sürükləyən hadisələrə nədən olub.
YAININ TƏFSİLATI İLƏ BURADAN TANIŞ OLA BİLƏRSİNİZ...
İndi isə bu məsələ ilə bağlı DİA.AZ-a yeni materiallar daxil olub. Bəri başdan qeyd edək ki, sözügedən inthar faktı ilə əlaqədar əldə etdiyimiz məlumatlar əsasında yeni araşdırma yazısını diqqətinizə təqdim edəcəyik. Hələliksə...
DİA.AZ-ı məlumatlandıran hüquq-mühafizə orqanlarındakı qaynağın iddialarına görə, artıq dövlətin müvafiq qurumları “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin rəhbərliyinin fəaliyyətini araşdırmağa başlayıb. Bununla bağlı rəsmi bilgilər yaxın günlərdə paylaşılacaq.
Məlumatı verən mənbə bildirir ki, sözügedən QTSC-nin rəhbəri təkcə bu fakta görə deyil, digər əməlləri ilə də qanun qarşısında da cavab verməli olacaq. Mənbənin dia.az-a söylədikləri: "Hətta burada dövlətin nüfuzlu şəxslərinə böhtan atılması faktı da var ki, dəfələrlə “Biləcəri Təmir-Quraşdırma” QTSC-nin mövqeyini ifadə edən və yerli KİV-də yayılmış materiallarda bir sıra vəzifəli şəxslərə qarşı açıq böhtan kampaniyası da yürüdülməkdədir ki, bu məsələ ilə əlaqədar da Nazim Tahirov cavab verməli olacaq".
Mövzu diqqətimidədir. Əlavə bilgilər verəcəyik. Bizi iləməkdə davam edin.
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...