Dünən Vertikal.Az olaraq DİA.AZ-a istinadən Bakıda 10 mart tarixində özünü narazı sahibkar kimi təqdim edən bir şəxslə bağlı müəyyən bilgiləri ictimailəşdirdik. Və qeyd etdik ki, hakimiyyətin ünvanına odlu-alovlu çıxış edən Abbasəliyev Namiq Yunis oğlu adlı bu şəxs əslində keçmiş nüfuzlu məmurlardan birinin doğmaca qardaşıdır və hazırda da qardaşının biznesinin müəyyən hissəsini yönəltməklə məşğuldur.
Yazımızda o məqama da toxunmuşduq ki, əslində zaman-zaman “yuxarıların” çıxdaş olunmuş sabiq məmurlarla bağlı həddən-ziyadə yumşaq davranması son nəticədə bu kimi fəsadlara gətirib çıxarmalı idi. Yəni burada söhbət keçmiş məmurların total qaydada təftiş olunmamasından gedir.
Kimdir Abbasəliyev Namiq və onun qardaşı hansı vəzifəni tutub. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, keçmiş Müdafiə Naziri Səfər Əbiyevin zamanında sözügedən nazirliyin maliyyə idarəsinin şöbə rəisi olmuş Abbasəliyev Natiq Yunis oğlunun vəzifəsindən uzaqlaşdırılmasının ardından hansısa fprmada təftiş olunmasının nəticəsidir ki, Səfər Əbiyevin dövründə MN sistemində müşahidə olunan BÖYÜK YEYİNTİdən əldə olunan pullar bu gün həm müxalifət adına aksiyaların təşkilinə, həm də Azərbaycan dövlətinə qarşı xaricdən yönəldilən “siyasi mühacir hoqqabazlıqlarına” sərf edilməkdədir. Həmin tədbirsizliyin və cəzasızlığın nəticəsidir ki, büdcədən oğurlanan vəsaitlər bu gün Azərbaycan dövlətinin əleyhinə işləyir və kifayət qədər CİDDİ TƏHLÜKƏ QAYNAĞI olaraq çıxış etməkdədir.
Halbuki zamanında həmin pulları təkrarən dövlətin büdcəsinə qaytarmaq olardı. Hər kəs Səfər Əbiyevin dövründə baş verən böyük yeyintini yaxşı xatırlayır. Həmin dönəmin ən bariz reallığı isə düşmən qarşısında dayanmış bit-birəli, yarıac-yarıtox Azərbaycan əsgəri idi... Bəli, məhz Səfər Əbiyevin rəhbərliyi altında həyata keçirilən böyük yeyintinin nəticəsi idi ki, valideynlər öz əsgər övladlarının təkcə geyimlərinə yox, həm də normal qidalanmasına da pul ayırmaq məcburiyyətində idi.
Təbii ki, bütün bu neqativlər hörmətli Zakir Həsənovun nazir postuna təyin olunmasının ardından birdəfəlik olaraq aradan qaldırıldı. Amma BÖYÜK YEYİNTİnin iştirakçıları məsuliyyətdən kənarda tutuldu. Onlar isə yeməyə alışdıqlarından və əvvəlki kimi yeyə bilmədiklərindən artıq ETİRAZÇIYA çevrilməyə başladılar ki, həmin zatlardan biri də adını yuxarıda çəkdiyimiz şəxs – Müdafiə Nazirliyinin maliyyə idarəsinin şöbə rəisi olmuş Abbasəliyev Natiq Yunis oğludur.
Və bu cəzasızlıq mühitində özünü hətta haqlı, haqqı tapdanan kimi görən Abbasəliyevlər zamanında onları bu mrtəbəyə layiq görmüş hakim komandanı diktator rejim qurmaqda ittiham etməkdən, xalqı üsyana çağırmaqdan belə çəkinmirlər.
Bunları qeyd etməklə yanaşı, DİA.AZ-a açıqlama verən məlumatlı mənbə bildirir ki, bu gün Abbasəliyev Natiq Yunis oğlu hələ də əlində böyük sərvət saxlamaqda, böyük bir iqtisadi imperiyaya nəzarət etməkdədir. Biz isə əlimizdə olan və dəlilləri olan həmin iqtisadi imperiyanın bəzi faktlarını diqqətinizə təqdim etməyə qərar verdik. Bilin ki, bu pullar hazırda Azərbaycan dövlətinə qarşı hərəkətdə olan qüvvəyə olduqca yaxın məsafədədir.
Mənbənin təqdim etdiyi faktlara görə, hazırda polkovnik-leytenant Abbasəliyev Natiq Yunis oğlunun
- “Hayat Plaza”da 2 ədəd – biri 4 otaqlı, digəri 3 otaqlı olan evləri; - Yenə də “Hayat Plaza”da 2 avtomobil qarajı; - Nərimanov rayonu ərazisində yerləşən “Gereen Palace”də ümumi sahəsi 146 kvadrat olan 3 otaqlı mənzili; - Qiyməti kifayət qədər bahalı olan “Land Cruiser” və “Niva” avtomobilləri (Hamısının da seriyası “949”dur); - Hökməli dairəsinin yaxınlığında 3 mərtəbəli villası; - Yasamalda 3 otaqlı mənzili (həmin mənzilə də qeydiyyatdadır) Və daha nələr ona məxsus olan obyekt və mənzillərin yalnız bir hissəsidir. Təbii ki, bizim kiminsə malında gözümüz yoxdur. Amma burada diqqətçəkən bir məqam var ki, bu da Abbasəliyev Natiq Yunis oğlunun doğmaca qardaşının bu gün İlham Əliyevə qarşı başlanan kampaniyada rövnəqlənməsidir. Hər halda belə bir sərvətin sahibini hansısa EHTİYAC ETİRAZÇIYA çevirə bilməzdi. Deməli, burada başqa məqamlar var ki, bu da əlaqədar orqanların araşdırma mövzusudur... DİA.AZ olaraq yenə də qarşı tərəfin və bütün maraqlı simaların mövqelərini işıqlandırmağa hazır olduğumuzu bəyan edir və mövzunun diqətimizdə olduğunu bildiririk.
Növbəti materiallarda isə bunlarla tanış olacaqsınız: ANONS
- Səfər Əbiyevin keçmiş kassirinin daha hansı əməlləri var? - Müdafiə Nazirliyində baş verən və ört-basdır edilən böyük maliyyə fırıldaqları... - Abbasəliyev Natiq Yunis oğlunun övladı Azərbaycana necə XİDMƏT GÖSTƏRİR? - Əsgərlərimizin boğazından kəsilən pulların xərcləndiyi eyş-işrət məclisləri... - Və daha nələr.. Bizi izləməkə davam edin.