Əbüdfəz Məlikov xaricdəki pullarını qarantiya altına alıb?
Tarix: 25-01-2018, 05:39 |
Çap et
Ölkənin “Monopoliya naziri” olaraq bilinən və “Broker Əbülfəz” kimi tanınan ünlü iş adamı, ona verilən qeyri-rəsmi səlahiyyətlərlə uzun illər boyu Azərbaycanın iş ajamlarını soymaqla məşğul olan və az qala ərəb şeyxləri qədər varlı olduğu bildirilən Əbülfəz Məlikov Avropa və ABŞ banklarında saxladığı pulları qarantii altına almaq üçün AXCP sədri Əli Kərimli anlaşmaya gedib.
Bu danışıqları isə Əbülfəz Məlikovun yaxın qohumu, “Monopoliya naziri”nin Avropa və ABŞ-da “qara kassası” olaraq bilinən Anar Allahverdiyevin apardığı bildirilir.
Bu barədə mənbənin Rubrika.az saytına bildirdikləri: “Əbülfəz Məlikov Azərbaycan rəhbərliynə və prezidentə xəyanət edib. O xaricdə olan külli miqdarda pulu və daşınlmaz əmlakı mümkün sanksiyalardan qarantiya altına almaq üçün AXCP sədri Əli Kərimli ilə razılaşıb. Razılaşma Anar Allahverdiyev iərəfindən həyata keçirilib və bu razılaşmaya əsasən Əbüdfəz Məlikov Əli Kərimlinin bütün maliyyə problemlərini həll edəcəyini boynuna götürüb”.
Xatırladaq ki, daha əvvəl də Əli Kərimlinin xaricdə fəaliyyət göstərən televiziyası “Azərbaycan saatı” verilişində Əbülfəz Məlikov faktiki olaraq müdafiəsinə qalxıb.
Qeyd edək ki, Rubrika.az saytı olaraq bu iddanın nə qədər doğru olub-olmamasını təsdiq etmək imkanımız yoxdur. Məsələ ilə bağlı Əbülfəz Məlikovla əlaqə saxlamağa cəhd etsək də, bütün cəhdlərimiz uğursuz olub. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Araşdırmamız davam edir.
pia.az