
Daşkəsənin icra başçısı Əhəd Abıyevin vəzifədən uzaqlaşdırıldığı ilə bağlı məlumatlar var. Bu dəqiqələrdə Daşkəsəndəki mənbələrdən Bizimxeber.az-a daxil olan məlumata görə, rayonda hamı bu xəbərdən danışır.
Məlumatda qeyd olunur ki, Əhəd Abıyev 3 gündür işə çıxmır, hər an onunla bağlı verilən sərəncamı gözləyir. Daşkəsənə kimin icra başçısı təyin olunacağı və ya Əhəd Abıyevin bundan sonrakı aqibəti ilə bağlı da heç bir məlumat yoxdur.