Son parlament seçkilərinin "oşibkası"...
Tarix: 18-10-2016, 08:00 |
Çap et
Ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilər. Bu halda bir deputatın mandatsız qalacağı indidən məlum olub. Verilən xəbərə görə, Gəncənin deputatı Naqif Həmzəyevin “qələmi qırılıb”. N.Həmzəyev AXC-nun quruclarından olan M.Ə.Rəsulzadə haqda aşağılayıcı fikirləri ilə skandal yaratmışdı.
Onun çıxışı xidmət etdiyi YAP rəhbərliyinə də xoş gəlməmişdi. Hətta həmkarı Ağacan Əbiyev onu danlamışdı.
N.Həmzəyev Rəsulzadəni vətən xaini adlandırmışdı. Qeyd etmək lazımdır ki, mövcud hakimiyyət Rəsulzadə və silahdaşlarının qurduğu AXC-ni heç zaman inkar etməyib.
Əksinə, indiki Azərbaycanı AXC-nin varisi adlandırıb. Bunu prezident İlham Əliyev də vurğulayıb.
Gənc mandat sahibinin isə yersiz və təhqiramiz çıxışı yuxarı dairələr tərəfindən qəzəblə qarşılanıb. Onun deputat kimi 2 il ərzində hər hansı fəallığı da müşahidə olunmur.
Bütün bu faktorlar Həmzəyevin hesabına mənfi xal kimi yazılır və növbədənkənar seçkilər olacağı halda onun yenidən deputat seçiləcəyi gözlənilmir.
İddialara görə, deputat qırmızı xətti keçib və hakim dairələr onu Milli Məclisdə bir daha görmək istəmir.
Ancaq növbədənkənar seçkilər olmasa belə, 2020-ci il seçkilərində Həmzəyevin adı mandatlılar siyahısında yer almayacağı deyilir. Bu təkcə Rəsulzadə haqda fikirlərinə görə deyil, fəaliyyətindəki passivliklə əlaqələndirilir. Deputatın mövqeyini dərc etməyə hazırıq. (24saat.org) Gəncədən milli məclisə mandat alan Naqif Həmzəyev haqda mediada yer alan məlumatda qeyd olunur ki, “Gülənçi” şəbəkənin ölkədə əsas üzvlərindən olan deputat özü də təlaş içindədir. Buna səbəb “FETÖ”-çularla bağlı Türkiyə xüsusi xidmət orqanlarının Azərbaycan hakimiyyətinə təqdim etdikləri yeni siyahıdır. Belə ki, cumhuriyyet.az olaraq media üzərəndən apardığımız araşdırmalarda rastlanan məlumatda bildirilir ki, həmin siyahıda Naqif Həmzəyevin adının ön sıralarda yazılması gənc təxribatçı millət vəkilini də narahat edir: “Son dövrlər ölkədə Gülən şəbəkəsinin üzvlərinin fəallaşması barədə cəmiyyətdə müxtəlif fikirlər dolaşmaqdadır. Maraqlısı odur ki, şəbəkənin üzvləri sırasında adları çəkilən şəxslərin yüksək tribunaya və mövqeyə malik olduqları önə çəkilir. Gülənçilər arasında bəzi millət vəkillər də var ki, onlar dövlət üçün daim təhlükə hesab oluna bilər. Gülən məktəbinin yetirməsi olanlardan biri də Gəncədən milli məclisə mandat almış Naqif Həmzəyevdir. Uzun müddət bu şəxsin qaranlıq fəaliyyəti barədə mediada eyhamlar var. Lakin, Naqif Həmzəyevin qısa zamanda Gəncənin İcra başçısının müavini, eyni zamanda Yeni Azərbaycan partiyasının Gəncə şəhər təşkilatının sədri və sonralar millət vəkili kimi önəmli postlara çəkilməsi nəzərdən yayınmır. Maraqlıdır ki, şərqdə ilk Demokratik Cumhuriyyətin qurucusunu təhqir edən şəxs bu gün millətin vəkili adı ilə ali orqanda oturub və hüquqların təminatçısı rolunda bir tribunanı zəbt edib.
Bir müddət öncə Gəncədə millət vəkilinin qardaşının bıçaqlandığı haqqında məlumatlar mediada dolaşdı. Həmin hadisənin gerçək baş vermə səbəbi bu günə qədər qaranlıq qalmışdı. Deputat qardaşı Saqif Həmzəyevi özünə sürücü kimi işə götürüb. Saqif Həmhəyev Gəncədə tez-tez sərxoş vəziyyətdə avtoxuliqanlıq etməklə diqqət mərkəzinə düşür. Bir müddət öncə Yeni Gəncə qəsəbəsində yerləşən restoranların birində özünə kef məclisi açan Saqif Həmzəyev, sərxoş olandan sonra ətrafdakıları təhqir etməyə başlayır. Gəncəlilərin ünvanına xoşagəlməz ifadələr işlədən deputatın qardaşını sakitləşdirə bilmirlər. Millətin ünvanına söyüşləri davam etdirən Saqif Həmzəyevin əxlaqsız əməllərinə restoranda çörək yeyən gənclərdən birinin əsəbləri tap gətirmir və o deputatın qardaşını susdurmaq üçün bıçağa əl atır. Münaqişə zamanı Saqif Həmzəyev bədəninin yumşaq yerindən, daha doğrusu bud nayihəsinin yuxarısı yəni arxa tərəfindən yüngül xəsarət alır. Hadisədən sonra əsəbləşən deputat Naqif Həmzəyev qardaşının əxlaqsız hərəkətlərinə, milləti təhqir etməsinə biganə qalmayan gənci həbs etdirir və tutduğu mövqeyindən istifadə edərək ona daha ağır cəza verilməsinə nail olur”.