Yeni nazir separatçının oğluna vəzifə verdi
Tarix: 15-06-2016, 10:48 | Çap et
Yeni nazir separatçının oğluna vəzifə verdi
MTN ətrafında cərəyan edən olaylardan sonra işdən çıxarılan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun yerinə təyinat alan Ramin Quluzadənin atdığı addımlar artıq geniş müzakirə olunmağa başlayıb. JAM.AZ xəbər verir ki, bir müddət əvvəl yeni nazirin nazirliyin mühüm postlarına Türkiyədə təhsil almış şəxsləri işə götürməsi ciddi narazılığa səbəb olmuşdu. Bundan başqa, onun bəzi təyinatları da rabitəçilər tərəfindən tənqidə məruz qalmışdı.
Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun «sağ əli» kimi tanınan Əli Abdullayevin nazirliyin aprat rəhbəri, rabitə işindən heç bir xəbəri olmayan Suat Paşayevin isə «Aztelekom» İstehsalat Birliyinə baş direktor təyin olunması bu qəbildəndir.
Amma Ramin Quluzadənin yeni təyinatları içində qalmaqala səbəb olacaq kifayət qədər məqamlar daha var. JAM.AZ-a məlumat verən Lənkəran rayonu, Şağlaser kənd sakini Lətif Nehmətovun bidirdiyinə görə, yeni nazirin bir təyinatı daha çox müzakirəyə səbəb olacaq. Onun bildirdiyinə görə, Lənkəran Telekommunikasiya Qovşağına Şahlar İsmayılov rəis təyin edilib. İlk baxışdan burada qeyri-adi nəsə yoxdur. Amma İsmayılovun kimin oğlu olması araşdırıldıqda ortaya ilginc bir məqam çıxır.
JAM.AZ-a məlumat verən Şağlaser sakini bildirir ki, Şahlar İsmayılov (soyadı sonradan dəyişdirilib) Əlikram Hümbətovun qatı tərəfdarlarından olan, habelə separatçılıq fəaliyyəti ilə məşhur olan Vəlişah Əliyevin oğludur. Belə ki, Vəlişah Əliyev mütəmadi olaraq talışların «hüquqlarının pozulduğunu», onların «ana dillərinə qadağa qoyulduğu» iddialarını gündəmə gətirir, habelə «Talış Muğan Respublikasının yaradılmasının» tərəfdarı kimi edən şəxslərdən biri olaraq tanınır. Onun hələ 1993-cü ildə qondarma «TMR»in «rəhbəri» Əlikram Hümbətovun aktiv təbliğatçısı olduğunu da Cənub bölgəsində bilməyən yoxdur.
Qeyd edək ki, Vəlişah Əliyev Əlikram Hümbətovun dövründə qondarma «TMR»in «Telekommunikasiya Qovşağı»nın «rəisi olub. Onun digər iki oğlu, Ramin və Hikmət isə hazırda Şağlaser və Vilvan kəndlərinin ATS-lərinə rəhbərlik edirlər.
Lətif Nehmətov yazır ki, Vəlişah Əliyev uzunmüddət «Tolışi Sədo» qəzetində müxtəlif siyasi mövzularda yazmaqla yanaşı, həm də xalqlar arasında düşmənçilik salacaq iddialarla çıxış edib. Onun şair olduğu, mütəmadi olaraq məclislər təşkil etdiyi də vurğulanır. İşin ən pis tərəfi odur ki, Vəlişah Əliyevin Ermənistanda fəaliyyət göstərən və erməni hiyləsi ilə yaradılmış «Tolışistan» telekanalının əsas qurucularından olan, erməni və talış xalqını «qardaş» elan etmiş, məşhur separatçı Fərman Abbaszadə ilə çox yaxşı münasibətlərinin olduğu deyilir.
Qeyd edək ki, belə bir təyinat kifayət qədər təhlükəlidir. Çünki separatçılara strateji əhəmiyyətli postların verilməsi yekunda dövlətə və dövlətçiliyə ciddi zərər gətirə bilər.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net