Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar etiraza qalxdı
Tarix: 12-05-2016, 09:24 | Çap et
Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar etiraza qalxdı
Akif Səlimovun işdən çıxarılmasından sonra boş qalmış Laçın İcra Hakimiyyəti başçısı postu uğrunda mübarizə fərqli rəng almağa başlayıb. Hazırda icra başçısının səlahiyyətlərini icra edən Aqil Nəzərli həmin posta sahiblənəcəyinə daha çox ümid edir. Akif Səlimovun dönəmində müavin olmasına rəğmən, işə belə gəlməyən Nəzərli daha çox Sumqayıtın icra başçısı Zakir Fərəcova güvənirdi. Ona görə ki, məhz Fərəcovun sayəsində o, vəzifədən vəzifəyə yüksəlib. Üstəlik, səlahiyyətlərin icrası da məhz ona tapşırılıb. Halbuki Laçın icra başçısının birinci müavini Tofiq müəllimin haqqı olan vəzifəydi bu.
Aqil Nəzərli vəzifənin dadını gördükdən sonra ona indiyə qədər dayan durmuş adamlardan daha güclülərini tapmağa çalışıb. Nəticədə, onun Zakir Fərəcovdan imtina etdiyi, habelə başqa bir qruplaşmaya qoşulduğu deyilir. Məlumatlarda vurğulanır ki, Fərəcovun telefonlarını könülsüz qaldıran, hətta bəzi tapşırıqlarını qulaqardına vuran sözügedən şəxsin yeni sığınacaq yeri Ağcabədinin icra başçısı Şahin Məmmədovdur.
Qeyd edilir ki, Laçın Obalarındakı İcra Hakimiyyətinin binasına gəlməyi özünə sığışdırmayan Aqil Nəzərli, bütün gününü Ağcabədi İcra Hakimiyyətinin binasında, Şahin Məmmədovun yanında keçirir. Şahin Məmmədova «ağsaqqalım» deyə müraciət edən sözügedən şəxsin hərəkətləri isə laçınlıların xoşuna gəlməyib. Onlar bununla bağlı narazılıqlarını da dilə gətiriblər.
Lakin işin ən qəribə tərəfi odur ki, Aqil Nəzərlini işdə tapa bilməyən Laçın camaatı bütünlüklə Ağcabədi İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Şahin Məmmədov əvvəlcə möhkəm çaş-baş olub. Elə zənn edib ki, Ağcabədi əhli yenidən ayağa qalxıb və onun istefasını tələb etmək üçün İcra Hakimiyyətinin önünə gəliblər. Məlumatlara görə, rəngi saralmış icra başçısı məsələni dəqiqləşdirdikdən sonra Aqil Nəzərlini bərk danlayıb. Ondan tələb edib ki, bir daha bu tərəflərə dolanmasın. İşinin başında olsun. Əks təqdirdə, onun yuxarılar qarşısında təqdimatını pis yöndə verə bilər.
Son məlumatlara görə, Aqil Nəzərli Şahin Məmmədovun danlağından sonra Laçın İcra Hakimiyyətinin binasına gələrək, orada bir neçə saat oturub. Amma ondan sonra yenə də işə gəlməməyə başlayıb. Deyilənlərə görə, evindən kənara çıxmır və Bakıda digər himayəçi axtarışlarına başlayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net