Əhməd Əhmədzadəyə böyük ŞOK
Tarix: 23-02-2016, 08:37 |
Çap et
Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunur.
Bu barədə Qaynar.info-ya hökumətdəki etibarlı mənbələrdən məlum olub.
Məlumatda bildirilir ki, adıçəkilən qurum ləğv olunacaq və səlahiyyətləri Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə "Azərsu” ASC arasında bölüşdürüləcək.
Xatırladaq ki, Meliorasiya və Su Təsərrüfatı ASC 1966-cı ildə yaradılan Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin varisidir. 1993-cü ildə onun adı dəyişdirilərək Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, 2004-cü ildən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi adlandırılmış, 2006-cı ilin fevralından isə bütün səhmləri dövlətə məxsus olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
Respublikada su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyətı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir.
Gözlənilən qərardan sonra isə bu ASC tarixin arxivinə göndəriləcək, onun vəzifələrinin mühüm bir qismi Heydər Əsədovun rəhbərlik etdiyi KTN-ə, müəyyən bir qismi isə Qorxmaz Hüseynovun sədri olduğu "Azərsu”ya veriləcək.
Qeyd edək ki, belə bir qərarın verilməsi son zamanlar hökumətdə aparılan islahatlarla izah edilir. İndiyədək bir neçə nazirlik və döğvlət komitəsi ləğv olunub, yaxud birləşdirilib. Növbə artıq Əhməd Əhmədzadənin başçısı olduğu ASC-yə çatıb.
Xatırladaq ki, Ə.Əhmədzadə 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006-cı ildən isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir.
Onu rəhbərliyi dövründə Meliorasiya və Su Təsərrüfatı ASC haqqında KİV-də ardıcıl olaraq tənqidi materiallar dərc edilir. Mətbuat, Əhmədzadəni və rəhbərlik etdiyi ASC-ni əsasən korrupsiya məsələlərinə görə günahlandırır.