Lerikdə idarələrdə ştatlar başçı və müavin tərəfindən satılır - ŞOK İDDİA
Tarix: 11-02-2016, 09:09 | Çap et
Lerikdə idarələrdə ştatlar başçı və müavin tərəfindən satılır - ŞOK İDDİA
Lerik rayonu ilə bağlı inanılmaz məlumatlar daxil olub. Belə ki, rayona eliktirik və qaz komoxoz yaşillaşma idarələrinə əlavə 40-ə yaxın ştat göndərilib.

Məlumatda bildirilir ki, artıq vətəndaşlar üçün nəzərdə tutulan iş yerləri satışa çıxarılır. Bütün bunların təşkilatçısı kimi Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Baxşiyev Cəlil Yüzbaşı oğlu olduğu bildirilir. Hətda məlumatlarda o da vurğulanır ki, Lerik RİH başçısı Röşən Bağırov müavininə özü şəxsən göstəriş verib.

Əldə etdiyimiz digər bir məlumatlarda bildirilir ki, 40- ə yaxın ştat 500 manat civarında dəyərləndirilir. Bu rüşvət müqabilində vətəndaş 300 manat əmək haqqı əldə edəcək. Görünür, dövlətin vətəndaşlara ayırdığı iş yerləri yerli icra orqanları tərəfindən satılır. Xatırladaq ki, bir müddət əvvəl Lerik rayonu və rayonun rəhbərliyi haqda məlumatlar vermişdik. Cənub bölgəsinin dilbər güşələrindən olan Lerik rayonu əfsüslər olsun ki, məmur girovluğuna çevrilib.

Rayonda Röşən və Cəlil cütlüyü vətəndaşların malını talamaqla özlərinin şəxsi imkanlarını daha da artırır. Cəlil Baxşıyevin rayonda hansı imkanlara sahib olduğu Leriklilərə yaxşı bəllidir. Bir faktı nəzərinizə çatdıraq ki, sadə vətəndaşlar etiraz edəcəyi təqdirdə təziyiqlərə məruz qalacaq. Bütün bunları nəzərə alan rayon sakinləri səbirlə gözləmə mövqeyini tutmaq məcburiyyətindədir.

Yuxarıda qeyd etdiyimiz məlumatlar mənbəmiz tərəfindən saytımıza ünvanlandığı üçün bəzi konkret faktları növbəti yazılarımızda açıqlanacaq. İndicə əldə etdiyimiz bir maraqlı informasiyanı nəzərinizə çatdırırıq. İddialara görə, vətəndaşlardan tələb olunan rüşvət verilmədiyi halda məşqulluq və icra hakimiyyətinin yolunda gedib gəlməklə kifayətlənəcək. Bu istiqamətdə araşdırmalarımız davam edir. Əlavə məlumat əldə edən kimi ixtiyarınıza veriləcək. Bizi izləməyi unutmayın..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net