Hacıqabulun icra başçısını kim müdafiə edir?
Tarix: 21-01-2016, 10:14 | Çap et
Hacıqabulun icra başçısını kim müdafiə edir?
Hacıqabul rayonu ilə bağlı oduqca maraqlı məlumat daxil olub. Arqument.Az-a verilən məlumata görə, rayonun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib.
Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb.
Məlumatda bildiririlir ki, ölkə başçısı İLham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Muxtarov bu tapşırıqları gözardı edir. Bununla yanaşı, raonda bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacıqubulun icra başçısının kim olmasıdır. Rəsmi olaraq Əhməd Muxtarovun icra başçısı təyin edildiyi dəqiqdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 29 mart 2006-cı il tarixli 1380 saylı sərəncamı ilə 68000 nəfər əhalisi olan rayona icra başçısı təyin olunan Muxtarov rayonu köməkçisi və sürücüsünə həvalə edib. Onun köməkçisi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır.Sakinlərdən biri vurğulayıb ki, icra başçısının köməkçisi Afiq Kərimov və sürücüsü Elçin rayonda sözün həqiqi mənasında “at oynadır”. Onlar yaxın qohumlarını işə düzəltməklə yanaşı, həm də bəzi səlahiyyətlər də veriblər. İcra başçısının sürücüçü Elçin rayondakı bütün idarə və müəssisələrdən pul yığır. Onun sözünə qulaq asmayanları isə hədələməkdən belə çəkinmir.Rayon sakini deyir ki, Hacıqabul İcra Hakimiyyətinin İctimai Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İmamətdin İmanov və hüquq şöbəsinin müdiri Tariyel İsgəndərov, İnformasiya Təminatı və Təhlil Sektorunun müdiri Rəşad Abbasov vətəndaşlarla ümumiyyətlə, davranmaq qaydalarını bilmirlər: “Tariyellə İmamətdin vətəndaşların canını boğaza yığıblar. Rayonda hamı Taryel İsgəndərovu «100-lük Tariyel» kimi tanıyırlar. O, qəbulunu gələn vətəndaşdan pul almadan otağından belə qırağa buraxmaz. İmamətdin isə idarə və müəssisə rəhbərlərini şərləməklə şantaj edir”.Müraciətdə rayonda sosial narazılıqların dözülməz həddə olduğu vurğulanmaqla yanaşı, bununla bağlı ölkə başçısına da müraciətin ünvanlanacağı istisna olunmur. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu arada Bizimxeber.az-a daxil olan məlumata görə, Hacıqabul rayonunda baş verən qanunsuz əməlləri, qiymətlərin süni qaldırılması və digər ciddi hadisələrlə bağlı Əhməd Muxtarov narahat görünmür. Administrasiyadakı adamının “tapşırıqlarını” canla-başla yerinə yetirən Əhməd Muxtarov həm də özünü mətbuatdan sığortalayıb. Bir qrup oxunan və ya oxunmayan saytlara pul ötürən icra başçısı bu yolla rayonda baş verən qanunsuz əməllərinin mətbuat gündəminə çıxarılmasının qarşısını alır. Bununla da dövlətə və prezidentə xəyanət etmiş olur. Rayonda istədiyini edərək, vətəndaşlara qarşı haqsız davranışları ilə yadda qalan Əhməd Muxtarov bu yolla məlumatların yayılmasının qarşısını alır. Yaxın günlərdə Əhməd Muxtarovun “mətbuatı” kimin vasitəsi ilə ələ aldığı, “makler”in kimliyini, hansı savada malik olduğunu və siyahıda hansı saytların olduğunu, bu işdə daha kimlərin vasitəçiliyi barədə məlumat dərc edəcəyik…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net