Masallı DSMF rəhbəri icra başçısına qarşı: gizli qalmaqal
Tarix: 18-12-2015, 08:59 | Çap et
Masallı DSMF rəhbəri icra başçısına qarşı: gizli qalmaqal
Son günlər ölkə mətbuatının gündəmini zəbt edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov haqqında gedən məlumatlara qisməndə olsa aydınlıq gəldi. Belə ki, Rafil Hüseynov və oğlu Şəhriyar Hüseynlini ölkə mediasına gətirən məhz DSMF-nin Masallı şöbəsinin rəhbəri Akif Əliyevdir. DSMF rəhbərinin belə bir addımı başadüşülən olmasada, məqsədli formada olduğu bəllidir. Lakin bu istiqamətdə araşdırmalarımız davam etdiyi üçün bu barədə növbəti yazılarımızda tam aydınlıq gətiriləcək.
Ötən yazılarımızda xəbər vermişdik ki, Masallı ƏSMM-dən, DSMF-yə transfer olunan Akif Əliyev heç də sıradan birisi deyil. Onun ƏSMM-də yol verdiyi çiddi nöqsanların nəticəsidir ki, rayon sakinləri ölkə başçısına üz tutaraq rayonda baş verən qanunsuzluqla diqqət yetirməsini xahiş etmişlər. Rayon sakinlərinin nifrətini qazanan A. Əliyevi ümumiyyətlə vəzifədən uzaqlaşdırmaq əvəzinə, DSMF-yə rəhbər təyin olundu. Mənbəmizin verdiyi məlumatlara görə A. Əliyev DSMF-nin bütün əməkdaşlarını toplayaraq onlardan rüşvət tələb edib. Məlumatın real olduğunu faktlarla sübüt etməyə hazırıq.
DSMF əməkdaşlarından biri (adını çəkilməsini istəməyən) söhbət zamanı bir daha vurğuladı ki, Akif Əliyev hər birimizdən 3000(üç min) manat rüşvət tələb edir. Əgər tələb olunan məbləğ ödənilmədiyi halda həmən əməkdaş dərhal işdən azad olunur. Rüşvətxor rəhbərin niyyəti artıq həyata keçirilib. Özünün dediyinə görə rəhbər olduğu vəzifəyə təyinat almaq üçün küllü miqdarda rüşvət verib. Hər zaman tədbirlərdə “Mən bu vəzifəni həvalə edən şəxs qara gözlərimə aşiq olmayıb” deməklə nəyə işarə vurduğu artıq hər bir DSMF əməkdaşına bəllidir.
1.Masallı ƏSMM-dən qovulan Akif Əliyev hansı problemləri Arzuman Hüseynova “etibar” etdi ?
2.Masallı rayonunda “rüşvətın atası” kimi tanınan A. Əliyev DSMF-yə rəhbər təyin olunandan sonra hansı öhdəliklərə söz verib”
3.İcra başçısı eşqinə düşən A. Əliyev kimin sifarişini yerinə yetirir?
4. Rafil və Şəhriyar Hüseynovların qəniminə çevrilən DSMF sədri mediadan necə yaralanır?
5.Şəhriyar Hüseynlinin qızlarla barda əylənən biabırçı fotosunu A. Əliyev jurnalistlərə sifarişinin pərdəarxası məqamları.
Bütün bunlara növbəti yazılarımızda aydınlıq gətiriləcək. Və biləcəksiniz ki, DSMF sədri iacra başçı olmaqdan otrü bütün vasitələrdən istifadə edir.(azfakt.com) Qarşı tərəfin mövqeyini verməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net