Mehman Sadıqovun yarıtmaz kadr islahatları
Tarix: 16-12-2015, 09:46 | Çap et
Mehman Sadıqovun yarıtmaz kadr islahatları
Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü” gömrük keçid məntəqəsində, eləcə də bu məntəqənin tabeliyində fəaliyyət göstərdiyi Tovuz Gömrük İdarəsində yaşanan müxtəlif problemlərdən, yer almış rüşvət və korrupsiya hallarından bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu. Həmçinin ölkənin bir çox kütləvi informasiya vasitələrində mütəmadi olaraq yayımlanan məlumatlarda da “Qırmızı körpü” gömrük keçid məntəqəsində ciddi korrupsiya hallarının yer aldığı bildirilir. Biz xüsusi olaraq belə bir məqamı vurğulamışdıq ki, bəzi hallarda Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin tabeliyində fəaliyyət göstərən bu məntəqədə cərəyan edən hadisələr, sanki kimlərinsə qəsdən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək niyyətini büruzə verir. Artıq dəfələrlə qeyd olunduğu kimi bu gün ölkə iqtisadiyyatının daha dinamik inkişafını əngəlləyən amillərdən biri kimi məhz müxtəlif sahələrdə monopolist inhisarların yaranmasını göstərmək olar. Daha təəccüblüsü isə budur ki, dövlətin yeritdiyi antiinhisar siyasətinə tamamilə zidd olaraq bu monopolizasiyanın formalaşmasına bəzi dövlət strukturları özləri xüsusi şərait yaradırlar. Belə qurumlardan biri kimi də məhz Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsini göstərmək olar. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda bu idarənin də fəaliyyətində bəzi müvəqqəti dəyişikliklər həyata keçirildi. Təəssüflər olsun ki, bu dəyişikliklərin yeganə məqsədi rüşvətin tamamilə yığışdırıldığı barədə görüntü yaratmaq idi və buna qismən nail olundu. Lakin bu “mütərəqqi islahatlar” sadəcə bir neçə gün davam etdi. Qısa bir müddətdən sonra isə, gömrük işçilərinin ölkəyə mal gətirən sahibkarları soyub-talamaq əməliyyatları yenidən bərpa olundu. Bu gün də bizimdovr.az-a daxil olan məlumatlarda Tovuz Gömrük İdarəsinin tabeliyində olan gömrük keçid məntəqələrində ciddi korrupsiya hallarının baş verdiyi bildirilir. Həmçinin aldığımız açıqlamaların bir çoxunda vətəndaşlar bu idarənin keçmiş rəhbərliyinin, eləcə də, Vəzir Həsənovun dövründə burada çalışan kollektivin peşəkarlıq xüsusiyyətlərini də yüksək qiymətləndirirlər. Bir çox mənbələrin deməyinə görə, hazırda Tovuz Gömrük İdarəsinin yarıtmaz fəaliyyətini şərtləndirən əsas amillərdən ən başlıcası da məhz Mehman Sadıqovun buraya rəis təyin olunduqdan sonra həyata keçirdiyi uğursuz kadr islahatlarıdır. Belə ki, hələ Kəmaləddin Heydərovun vaxtından Tovuz Gömrük İdarəsində ümumi şöbəyə rəhbərlik edən İradə xanımı, yükdaşıma xidmətinin rəisi Mail müəllimi və digərlərini işdən çıxarmaqla özünün yeni komanda üzvlərinə yer edən Mehman Sadıqov, əslində bu addımı atmaqla rəhbərlik etdiyi qurumu xeyli zəiflətmiş oldu. Təbii ki, bu zəiflik özünü yalnız idarənin funksional vəzifələrinin icrasında büruzə verir. Halbuki, aldığımız bir çox açıqlamalarda Vəzir Həsənovun Sumqayıt Gömrük İdarəsinə rəis təyin olunmasından sonra, onu Tovuz Gömrük İdarəsində əvəzləyə biləcək ən layiqli şəxs kimi məhz Mail müəllimin adı çəkilir. Yeri gəlmişkən onu da qeyd edək ki, İradə xanım da hazırda Sumqayıt Gömrük İdarəsində məsul vəzifələrdən birində ləyaqətlə çalışır. Bu arada, Tovuz Gömrük İdarəsində baş verən çeşidli neqativ hallara dair bizimdovr.az-a daxil olan məlumatların ardı-arası kəsilmir. Mehman Sadıqov isə, bir tərəfdən rəhbərlik etdiyi idarədə həyata keçirilən müxtəlif “əməliyyatlardan”, digər tərəfdən də Gürcüstan ərazisində fəaliyyət göstərən “Toqi” inşaat şirkətindən və digər kommersiya obyektlərindən əldə etdiyi gəlirləri hesabına hələ də öz şəxsi sərvətini artırmaqdadır...

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net