Camalovla Zeynalovun yarım milyonluq - ƏMƏLİYYATI
Tarix: 3-12-2015, 10:21 | Çap et
Camalovla Zeynalovun yarım milyonluq - ƏMƏLİYYATI
Şirvanın icra başçısı Mərdan Camalovun həbsdə olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri olmuş Vidadi Zeynalovla əlaqələri üzə çıxıb.
VİZUAL.az-a verilən məlumatda iddia olunur ki, V.Zeynalovun 4 il əvvəl Şirvanda etdiyi maliyyə talançılığı ifşa edilib. 2011-ci ilin iyulunda Şirvan Telekommunikasiya Qovşağından qiymətli metallardan ibarət qiyməti 500 min manata olan avadanlıqlar çıxarılaraq aparılıb.
Bundan xəbər tutan Şirvan icra başçısı Mərdan Camalov o dövrdə şəhərin polis rəisi Azər Muradova göstəriş verib. Qiymətli avadanlıqları aparan yük maşını saxlanılıb.
Məlumatda bildirilir ki, ardınca polis əməkdaşları ATS-də əməliyyat axtarış tədbirləri həyata keçirib. İdarənin rəisi Rəhman Məmmədov sorğu-sual edilib. Mənbə qeyd edir ki, R.Məmmədov baş verənləri V.Zeynalova məruzə edib.
Qaynağımız iddia edir ki, aparat rəhbəri Şirvanın icra başçısına zəng edərək avadanlıqların ona məxsus olduğunu açıqlayıb. İddialara görə, bu əməliyyatın üstünün açılması sabiq aparat rəhbərini çıxılmaz vəziyyətə salıb və tərəflər arasında fantastik bir məbləğ sayəsində yalnız sövdələşmə alınıb.
Mənbə qeyd edib ki, V.Zeynalov rabitə sistemini talamaqla məşğul olub. Onun həbsi də bu məlumatların rəsmiləşdirilməsidir.
Mənbə deyib ki, icra başçısı ilə aparat rəhbərinin yarım milyonluq əməliyyatı gizli şəkildə təşkil olunub və mərkəzi dairələr məlumatsız olub.
V.Zeynalov öz gücündən maraqları naminə istifadə edərək icra başçısını da əməliyyatına cəlb edib. Bu iddiaların nə dərəcədə səhih olmasını söyləmək mümkün deyilsə də, araşdırmalar aparılacağı gözlənilir. Bu iddialarla bağlı adı keçən tərəflərin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net