Deputatın bankı batır
Tarix: 7-04-2015, 08:56 | Çap et
Deputatın bankı batır
Deputat Əhməd Vəliyevə məxsus olduğu bilinən “Muğanbank”da vəziyyət yaxşı deyil.

Əldə etdiyimiz məlumata görə, manatın devalvasiyasından sonra xeyli zərərlə üzləşən bankın bəzi filiallarının bağlanma təhlükəsi yaranıb.
Bəzi filial rəhbərləri isə vəzifəsindən uzaqlaşdırılıb. Sözügedən qurumda vəziyyətin mürəkkəb hal alması ilk deyil. İdarəçilik baxımından axsayan bankın bir müddət öncə fəaliyyətinin yasaq ediləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Xatırladaq ki, “Muğanbank” ASC-nin millət vəkili, "Odlar Yurdu" universitetinin rektoru Əhməd Vəliyevə aid olduğu deyilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net