Əkbər Hacıyev millətin başına necə corab hörür (SƏNƏD)
Tarix: 18-03-2015, 14:49 | Çap et
Əkbər Hacıyev millətin başına necə corab hörür (SƏNƏD)
“Azəriqaz”da yeni ixtisar dalğası gözlənilir. Vertikal.az-a göndərilən məlumatdan aydın olur ki, artıq “Azəriqaz”ın möhtərəm rəhbəri Əkbər Hacıyev ixtisarın yeni üsulunu da tapıb. Belə ki, ixtisara salınacaq işçilərə ilk əvvəl “imtahan tələsi” qurulur.

Bu barədə redaksiyamıza xəbər verən mənbə deyir:

“Azəriqaz öz ampulasında virus yaymaqda davam edir. Bu siyahida qeyd olunan 8 nəfər Suraxanı qaz istismar sahəsində sayğacların qəbulu və istismarı şöbəsində (metrologiya) çalışanlardır. Neçə illərin təcrübəli işçiləridir.O nların hamısına bildirişlər verilmədən 19.03.2015-ci il tarixdə saat 9-30-da Dövlət Neft Şirkətinin insan resursları departamentində imtahan verəcəklərini bildiriblər.

Beləliklə bu siyahıda olanlar işdən azad olunmaq təhlükəsi ilə üz-üzə qalıb. Struktur dəyişilir. Başqa ad altında hər hansı bir qurum yaradılır. Təbii ki ixtisarlar olmalıdır. Bunu qəbul etmək mümkündür. Maraqlısı odu rki bu sahədə kifayət qədər təcrübəsi olan ixtisasına uyğun olanlar bir sözlə elin dili ilə desək arxasız insanlar işsiz qalır. Ancaq mal həkimi, baxça müəlliməsi və yaxud da ki başqa ixtisas sahibi qaz təsərrüfatında qalır və işləyir. Bu ədalətsizlikdir.

Görən hörmətli təhsil nazirimiz Mikayıl Cabbarov Həmkarlar Konfederasiyasının prezidenti hörmətli deputatımız Səttar Mehbalıyev və vətəndaş olaraq ödədiyimiz vergi hesabına maliyələşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində olan Əmək Müfəttişliyi niyə bu məsələyə biganə yanaşır. Ümid edirik ki Milli Təhlükəsizlik Naziri çox hörmətli Eldar Mahmudov cənabları hər hansı bir şərti ad altında Azəriqazda bir əməliyyat keçirib virusun paylanmasına son qoyacaq.

Ölkəmiz bütün dünyaya öz qapısını açaraq olimpiya oyunları keçirməyə hazırlaşır. Yaxın vaxtlarda Milli Məclisdə Seçkilər keçirilməlidir. Belə bir məqamda Azəriqazın belə addımı başa düşülən deyil. Bu qərarla ölkədə vətəndaşla dövlət arasında qarşıdurma yaratmaqdır. İnanırıq ki haqq öz yerini tapacaq”.

Əkbər Hacıyev millətin başına necə corab hörür (SƏNƏD)
Əkbər Hacıyev millətin başına necə corab hörür (SƏNƏD)
Əkbər Hacıyev millətin başına necə corab hörür (SƏNƏD)
Əkbər Hacıyev millətin başına necə corab hörür (SƏNƏD)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net