«Vəhşi İslam»ın arxasında VƏHŞİ QƏRB dayanır
Tarix: 16-03-2015, 11:48 |
Çap et
Ayrı-ayrı Azərbaycan vətəndaşlarının bu gün İŞİD və digər vəhabi cərəyanlarının sıralarına qoşularaq əslində İslam dininə xəyanət hesab olunan absurd savaşa qoşulması ölkəmizin bir nömrəli problemlərindən biridir.
Elə ona görə də bu gün gözüyaşlı qalan yüzlərlə Azərbaycan analarını, vəhabilərə qoşularaq Suriya, Şimali İraq yolunu tutanların yaxınlarını düşündürən əsas sual bundan ibarətdir: Övladları geri dönəcəkmi? Ümumiyyətlə, onlar necə oldu ki, getdilər?
Bununla bağlı Vertikal.az olaraq əcnəbi KİV-lərdə yer alan bəzi materiallar əsasında ilginc araşdırma aparmışıq və ortaya maraqlı qənaətlər çıxıb.
Apardığımız araşdırmalardan aydın olur ki, vəhabi cəbhələrində savaşmaları üçün hər bir Azərbaycan və Azərbaycan kimi digər ölkələrin vətəndaşlarına 40-80 min ABŞ dolları arasında pul verilir. Bu məbləğin ölkələrə və fərdlərə görə dəyişdiyi də məlum olur.
Azərbaycandan gedərək vəhabi terrorçulara qoşulanlar üçün əsas marşrut xətti Türkiyə və Almaniya əraziləridir. Yəni Azərbaycandan gedənlər birbaşa olaraq ya Türkiyəyə, ya da Almaniyaya yollanırlar.
İŞİD-ə qoşulanların hətta Almaniyada bir «hərbi səfərbərlik bazasının» olduğu da iddia olunur. Hətta bu işdə yerli alman hökumətinin də şərait yaradan tərəf kimi çıxış etdiyi iddia olunur ki, bu da əslində İŞİD cəhənnəminin arxasında yəhudi-xristian birliyinin dayanmasını tam olaraq təsdiqləyən dəllillərdən biri kimi gözdən keçirilməlidir.
Bilgilərə görə, Almaniyadan və Türkiyə ərazisindən İŞİD terrorçularına qoşulmaları üçün döyüşçülər əsasən yardım və ticarət tırlarında hərəkət edirlər. Yəni əgər hansısa azərbaycanlı Türkiyə və yaxud da Almaniya ərazisinə İŞİD-ə qoşulması üçün gedibsə, onları adam balası kimi normal nəqliyyatla yox, yük maşınları ilə daşıyırlar.
Sonra isə onları Suriyanın və Şimali İraqın bir neçə nöqtəsində qarşılayırlar və oradan da onlar qısa hərbi təlimdən sonra birbaşa olaraq döyüşlərə soxulurlar.
Araşdırmalarımızdan ortaya bir fakt da çıxır ki, Almaniyada 'Ansaar International ve Helfen in Not’ dərnəkləri və Alman Qızıl Xaçı tərəfindən İŞİD terrorçularına ciddi dəstək verilir. Hətta İŞİD-in yaralılarının Almaniyanın Qazal Xaç Cəmiyyətinin işçiləri tərəfindən müalicə olunduğu faktı da bu gün Avropa mediasında dolaşmaqdadır.
Türkiyədə isə İŞİD-in ayrıca olaraq gizli hospiitalının olduğunu iddia edənlər də var ki, bu fakt isə hələlik öz təsdiqini tapmayıb.
Amma istənilən halda İŞİD-ə kənardan BÖYÜK GÜCLƏRİN BÖYÜK DƏSTƏYİNİN verildiyi bir faktdır.
Əks halda, qosqoca ölkələr bu başıpozuq terrorçu yığnağının qarşısında aciz qalmazdı.
Bildirək ki, artıq bəzi qaynaqlar İŞİD-in 10 milyard ABŞ dolları həcmində sərvətə malik olduğunu da söyləyirlər ki, bu da hələ uzun müddətə savaşın aparılması üçün yetərlidir.
Deməli, hələ Azərbaycan və digər bu kimi müsəlman ölkələrinin anaları hələ çox ağlamalı olacaqlar…