Daha bir məmur övladı cinayət törədib, amma...
Tarix: 13-05-2015, 09:00 | Çap et
Daha bir məmur övladı cinayət törədib, amma...
Zaman-zaman məmur övladlarının harınlıqları, ataları tərəfindən onlara yaradılan imkanlar sayəsində başqalarına zərər vurma halları ilə üzləşirik. Və hər dəfəsində də Ölkə prezidenti İlham Əliyevin məsələyə müdaxiləsini, məmur övladlarının özbaşınalıqlarına qarşı barışmaz mövqeyinin şahidi oluruq.

"Fakt" İnformasiya Agentliyinə(fia.az) daha bir məmur övladının cinayət hərəkəti barədə informasiya verilib. Etibarlı mənbənin məlumatına görə, Yevlax rayonunda böyük biznes şəbəkəsi qurmuş, əhaliyə qarşı böyük problemlər yaşatmasıyla tanınan, çalışdığı müəssisədə ciddi maliyyə fırıldaqları ilə böyük məbləğdə kapital qurmuş İlyas Səfərovun oğlu da yuxarıda qeyd etdiyimiz harınlıqlarla məşğuldur.

Belə ki, Melorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov qəbul etdiyi spirtli içkilərin təsiri nəticəsində idarə etdiyi, atası tərəfindən xüsusi olaraq baha qiymətə xarici ölkədən gətirilmiş qara rəngli CİP-lə idarəetməni itirərək, əvvəl VAZ 2107 markalı avtomobilə dəyməklə həmin maşını yararsız hala salıb, bu azmış kimi yol kənarında balıq satan gənc bir oğlanı da vurub. Yevlax rayon Aran qəsəbə sakini Ləzgiyev Ceyhun Novruz oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılsa da, məmur atasının işə müdaxiləsi nəticəsində Vüqar Səfərov cinayət məsuliyyətindən və azadlıqdan məhrumetmə cəzasından kənarda qala bilib.

Hadisə Bakı-Qaxaz magistral yolunda baş verdiyi üçün cinayət hadisəsini Baş Dövlət Yol Polisi İdarəsinin təhqiqat idarəsi araşdırsa da heç bir hüquqi nəticə olmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net