Bakıda otel adı ilə əxlaqsızlıq yuvası
Tarix: 8-05-2015, 09:30 |
Çap et
Binəqədi rayonu ərazisində yerləşən “Clear” otelinin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməsinə dair bəzi məlumatları diqqətinizə təqdim etmişdik. Maraqlıdır ki, ingilis dilindən tərcümədə “clear” sözünün aydın, təmiz, şəffaf kimi mənalar verməsinə baxmayaraq, bu müəssisənin fəaliyyəti daha çox qaranlıq və çirkin məqamlarla diqqəti cəlb edir. Yeni aldığımız məlumatlara görə “Clear” hotelinin intim xidmətlər əsasında formalaşmış fəaliyyəti səngimək bilmir. Bu xüsusda açıqlamalarda deyilir ki, fasiləsiz fəaliyyət göstərən hotel günün bütün saatlarında müştərilərin xidmətindədir. Bəzi mənbələrin iddialarına görə isə buraya hər gün yüzdən çox fahişə gətirilir. Dörd ulduzlu hoteldə müştərilərin “istirahəti” üçün hər bir şərait var. Qiymətlərə gəlincə, “Clear”da digər pritonlarla müqayisədə bir qədər bahalıq müşahidə edilir. Manatın ucuzlaşmasından sonra hotel rəhbərləri qiymətlərə dəyişiklik ediblər. Belə ki, əvvəllər bir gecəsi 70 manata verilən otaq hazırda 90 manata müştəriyə təklif olunur. VİP otaqların qiyməti isə 150 manata kimi qalxıb. Lakin mənbələr bildirirlər ki, qiymətlərin bahalaşmasına baxmayaraq, “Clear”da müştəri əlindən yenə də tərpənmək olmur. Yəni bahalaşma müştəri qıtlığı yaratmayıb. Hotelin daimi müştəriləri burda alverin zəifləməsinə imkan vermirlər. Ötən materiallarda biz artıq qeyd etmişdik ki, “Clear” hotelinin müştəriləri əsasən imkanlı ailələrin övladlarıdır. Bu məqam isə obyektdə baş verən qanun pozuntularından ikiqat qazanc əldə etməyə imkan yaradır. Belə ki, məlumata görə hotel sahibləri öz müştərilərini gizli video lentə alırlar. Həmin çəkilişlər isə sonradan əsil şantaj predmetinə çevrilir. Digər tərəfdən isə bir müddət əvvəl ölkə mətbuatında yayımlanan məlumatlarda iddia olunur ki, “Clear” hotelinin sahibləri hələ bir neçə il bundan əvvəl daha ağır, belə demək olarsa, beynəlxalq səviyyəli clnayətlərdə də ittiham olunublar. Ölkənin informasiya portallarından birində dərc olunmuş materialda bildirilirdi ki, 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində İrana nüvə yanacağı keçirən dəstə ifşa edilib. Lakin həmin dəstədən yalnız bir nəfər həbs olunub. Bu şəxs 1979-cu il təvəlüdlü Goranboy rayonunun Sarov kənd sakini Tanrıverdiyev İbrahim Hüseyn oğludur. Məlumatda deyilir ki, nüvə yanacağı İran ərazisinə Qazax rayonunun "Sınıq körpü" keçid məntəqəsinin ərazisindən keçirilirmiş. Azərbaycan-İran sərhədində uran alverinin getdiyi faktlarla sübuta yetirilib. Məlumatlara görə, həbs edilən dəstənin üzvlərindən biri də Fəxrəddin adlı iş adamıdır. Bildirilir ki, Fəxrəddin hal-hazırda “Clear” restoranının və o cümələdən Bakıda bir neçə hotel tipli restoranlar şəbəkəsinin sahibidir. Məlumatlarda həmçinin qeyd edilir ki, Fəxrəddin və onun Fikrət adlı qardaşı təkcə İranla deyil, Ermənistanla da uran alveri ediblər. Hüquq-mühafizə orqanlarına yaxın mənbələrdən əldə etdiyimiz digər bir məlumata görə isə sözügedən restoranda həm də, narkotik və pisxotirop maddələrin satışı həyata keçirilir. Bu barədə məlumatları dəqiqləşdirməyə hələlik imkanımız olmasa da, onları təqdim edən mənbənin etibarlılığı və dürüstlüyü qətiyyən şübhə doğurmur. Qəzetimizin səhifələrində biz dəfələrlə bu problemə toxunaraq aşkar olunan əxlaqsızlıq yuvalarının sahiblərinə qarşı ən sərt tədbirlərin görülməsini tələb etmişik. Təbii ki, bu cür “priton”ların fəaliyyəti ilk növbədə ölkə qanunvericiliyinə tamamilə ziddir. Bununla belə əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün hələ də kifayət qədər səy göstərmədiklərinə şahid oluruq.